İNGİLİS DİLİ DƏRSİNDƏ SEMANTİK OXU VƏ ONUN HƏYATA KEÇİRİLMƏSİ MƏRHƏLƏLƏRİ
Keywords:
semantik oxu, ifadəli oxu, oxu strategiyası, oxu vərdişləri.Abstract
Xarici dilin tədrisi sistemində yaxın vaxtlara qədər mütaliəyə az əhəmiyyət verilirdi. Əgər əvvəllər hesab edilirdi ki, oxumaq yalnız şagirdin lüğətinə daxil olan yeni sözlərin mənbəyi, dialoq və monoloji xarakterli müxtəlif ifadələr üçün başlanğıc nöqtəsidir, indi oxuma öyrənmənin əsas məqsədlərindən biri - yeni intellektual və estetik məlumatların əldə edilməsi mənbəyi kimi qəbul edilməyə başlamışdır. Hal- hazırda oxu materialı xarici dillərin öyrənilməsi zamanı çox əhəmiyyət kəsb etməkdədir. Oxu materiallarının düzgün seçilməsi şagirdlərdə xarici dilin öyrənilməsinə maraq artırmış olur. Oxu materiallarının düzgün seçilməsi şagirdlərdə xarici dilin öyrənilməsinə maraq artırmış olur. Oxu materialları nəinki xarici dil bacarıqlarını inkişaf etdirir, eyni zamanda oxu bacarıqlarının fundamental əsasının da təşkilində əsas rol oynamış olur. Son illərdə xarici dillərin tədrisi metodikasında edilmiş dəyişikliklər oxu materiallaırının seçilməsi və istifadəsində də öz əksini tapmışdır. Oxu materiallarının seçilməsi zamanı meydana çıxan problemlər və onların həlli yolları təqdim edilmiş işdə geniş müzakirə edilmişdir. Təqdim edilmiş məqalədə ingilis dili dərslərində oxu prosesi və onun semantik həyata keçirilməsi haqda təhlil aparılmışdır.
References
Гальперин, И.Р. Текст как объект лингвистического исследования. – М.: Наука. – 1981.
Клеменцова, Н.Н. Текст в обучении иностранному языку // Вестник МГИМО Университета, – 2012.
Клычникова, З.И. Психологические особенности обучения чтению на иностранном языке: Пособие для учителя. – М.: Просвещение, – 1983. – 207 с.
Мильруд, Р.П., Гончаров, А.А. Теоретические и практические проблемы обучения пониманию коммуникативного смысла иноязычного текста// Иностранные языки в школе, – 2003. № 1. – c.12-18.
Ehlers, S. Lesen als Verstehen. Zum Verstehen fremdsprachlicher literarischer Texte und zu ihrer Didaktik. GHK, – 1992. – 112 S.