AZƏRBAYCAN DILINDƏ MORFOLOJI SƏVIYYƏDƏ QƏNAƏT PROSESI
Keywords:
Azərbaycan dili, morfoloji qənaət, şəkilçi ixtisarı, mənsubiyyət, halların işlənməsiAbstract
Məqalədə Azərbaycan dilində morfoloji səviyyədə qənaət hadisəsi araşdırılır. Şəkilçi ixtisarları, xəbərlik və mənsubiyyət kateqoriyalarında qənaət, halların və əvəzliklərin istifadəsində yaranan qənaət nümunələrlə əsaslandırılmışdır. Tədqiqat göstərir ki, qənaət prosesi dilin yığcamlığını, ifadə səlisliyini və üslubi çevikliyini təmin edən mühüm amildir. Bu hal həm yazılı, həm də şifahi nitqdə özünü göstərir və dilin inkişaf dinamikasında əhəmiyyətli rol oynayır.
References
Atalar sözü (Azərbaycan xalq ədəbiyyatı). Bakı: Öndər nəşriyyatı, 2004, 264 s.
Cəfərov S.A. Azərbaycan dilində söz yaradıcılığı. Bakı: ADU nəşri, 1960, 204 s.
Əlizadə S. Q. Azərbaycan sözlərinin sonunda samitlərin düşməsinə dair// Fonetik hadisələr silsiləsindən. ADU-nun Elmi əsərləri, Dil və Ədəbiyyat seriyası, Bakı: 1970, № 2 səh 26-30.
Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə. Morfologiya. Bakı, “Şərq-Qərb”, 2007, 280 s
Seyidov Y.M. Azərbaycan dilinin qrammatikası Morfologiya (üçüncü nəşr). Monoqrafik dərs vəsaiti. Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, 371 s.