ŞIMAL DIALEKTLƏRININ FONETIK VƏ LEKSIK QURULUŞUNDA QıPÇAQ TƏSIRI
Keywords:
şimal ləhcəsi, qıpçaq dili, dialektologiya, fonetik paralellər, leksik təsir, morfoloji quruluş, codex cumanicus, tarixi dil əlaqələriAbstract
Tədqiqatlar sübut edir ki, orta əsrlərdə Qafqazın şimal bölgələrinə köç etmiş və burada məskunlaşmış qıpçaq tayfaları regionun linqvistik strukturuna əhəmiyyətli dərəcədə təsir göstərmişlər. Bu təsir, xüsusilə Azərbaycan dilinin şimal ləhcələrində – əsasən Quba, Xaçmaz, Qusar və Şabran bölgələrini əhatə edən dialektlərdə özünü aydın şəkildə büruzə verir. Qıpçaq komponentinin bu ləhcələrdəki izləri yalnız leksik qatla məhdudlaşmır, həm də fonetik və morfoloji səviyyədə müşahidə olunan sistemli uyğunluqlarla səciyyələnir. Məqalədə aparılan təhlillər göstərir ki, qıpçaq mənşəli sözlər bu bölgə dialektlərinin gündəlik danışıq leksikonunda geniş şəkildə qorunub saxlanılmış və bəzən ədəbi dildə işlənməyən, lakin qədim türk dillərində sənədləşdirilmiş formalarla üst-üstə düşür. Fonetik səviyyədə dilortası səslərin dilarxası səslərlə əvəz olunması, palatal səslərin depalatallaşması kimi hadisələr də həmin təsirlərin fonoloji aspektdə izlərini daşıyır. Morfoloji baxımdan isə, kök və şəkilçi əlaqələrindəki fərqli quruluşlar, xüsusilə fel formalarında və əvəzlik sistemindəki lokal variantlar, qıpçaq dil strukturunun bəzi ünsürlərinin şimal ləhcələrində inteqrasiya olunduğunu göstərir. Bu strukturların tədqiqi həm də dil tarixi baxımından Azərbaycan dilinin inkişaf mərhələlərini daha dolğun anlamağa imkan verir. Bütün bu faktlar onu deməyə əsas verir ki, şimal bölgələrinin dialekt materialları, sadəcə lokal şivə xüsusiyyətlərini deyil, eyni zamanda Azərbaycan dilinin tarixində iz buraxmış qıpçaq etnosunun linqvistik irsini daşıyan canlı dil qatlarını əks etdirir. Məqalə Azərbaycan dilinin dialektoloji mənzərəsini öyrənmək baxımından əhəmiyyətli mənbə hesab olunur.
References
Məmmədli M. Azərbaycan dialektologiyası. Dərslik. Bakı: “Zərdabi LTD”, - 2019, - 352 s.
Səmədova K.Azərbaycan dilinin Şimal ləhcəsinin morfoloji quruluşu və qıpçaq elementləri. Ankara. “Uzun Dijital”, - 2023, - 244 s.
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı: “Şərq-Qərb”, – 2008, – 416 s.
Cəfərov N. Seçilmiş əsərləri 5 cilddə - I cild. Bakı, Milli Virtual Kitabxananın nəşri, - 2011, - 357 s.
Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafı. Dərs vəsaiti. 2-ci nəşri. Bakı: “Elm və təhsil” nəşriyyatı, - 2016, - 348 s.
Budaqova Z., Hacıyev T. Azərbaycan dili. Bakı: “Elm”, - 1992, - s.28.
Kaşğari M. Divanü lügat-it-türk. Bakı: “Ozan”, IV cild, – 2006, – 752 s.
Quliyev İ. "Codex Cumanicus" və kuman dilinin leksikası". Bakı, -“Elm və təhsil”, - 2023, - 207 s.
Əliyeva E. Qıpçaq qrupu türk dillərinin leksikası. Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III c., Bakı, 2012
Кулиев А. Неличные формы глагола в языке орхоно-енисейских памятников (в сравнении с Азербайджанским языком). Автореф. дис. канд. филол. наук. – Баку, – 1978, – 28 с.