TÜRK XALQLARı ARASıNDA MƏNƏVI-MƏDƏNI ƏLAQƏLƏR

Authors

  • Şəkər Məmmədova Filologiya üzrə fəlsəfə doktoru Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türkoloji mərkəz, Bakı, Azərbaycan Author

Keywords:

türk xalqları, dövlət, mədəni əlaqələr

Abstract

Türk xalqlarının ortaq dəyərlərinin mühafizəsi və təbliğinə dair siyasi-mədəni təşkilatların və elmi mərkəzlərin fəaliyyət proqramları, o cümlədən “Türk Dövlət Başçılarının Zirvə görüşləri”nin, TÜRKSOY-un, “Türk dövlət və topluluqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları”nın, həmçinin Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun, TürkPA-nın və digər qurumların fəaliyyəti bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər türk xalqları arasında siyasi, iqtisadi və mədəni inteqrasiyanı dərinləşdirir, ümumtürk kimliyinin gücləndirilməsinə, elmi-mədəni irsin qorunub gələcək nəsillərə çatdırılmasına xidmət edir. Belə təşəbbüslər eyni zamanda ortaq dil, ədəbiyyat, mədəniyyət, tarix və folklor nümunələrinin araşdırılması, öyrənilməsi və yayılması üçün əlverişli zəmin yaradır, türkdilli dövlətlərin beynəlxalq aləmdə nüfuzunun artmasına və dünya sivilizasiyasına verdiyi töhfələrin tanıdılmasına geniş imkanlar açır.

References

Downloads

Published

2025-09-18